Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

X-XI siniflər üçün

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) (X-XI siniflər)

1. Biologiya fənni üzrə ümumi təlim nəticələri
 
Tam  orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
• bioloji varlıqların yaranması və inkişafını habelə canlı orqanizmlərdə gedən bioloji prosesləri şərh və izah edir;
• insanın əmələ gəlməsi, irqlərin yaranması, irsiyyət, qlobal ekoloji problemlərin baş vermə səbəbləri və aradan qaldırılması yolları barədə  materiallar toplayır, sistemləşdirir, müqayisə  və təhlil edərək qiymətləndirir;
• irsiyyətin qanunauyğunluqlarını məsələ həlli yolu ilə əsaslandırır və nəticələrini şərh edir;
• seleksiyanın nailiyyətlərinin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah edir. 
 
2. Məzmun xətləri üzrə təlim nəticələri
 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
 
Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
• bioloji varlıqların quruluşu, müxtəlifliyi və xüsusiyyətlərinə dair tədqiqatlar aparır və nəticələrini təqdim edir;
• canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar hazırlayır.  
 
Bioloji proseslər
Şagird:
• üzvi aləmin inkişafı və təkamülü ilə bağlı prosesləri şərh edir, materiallar toplayır, təqdimatlar edir;
• bioloji proses və onlarda baş verən dəyişikliklərin  mexanizmini açıqlayır, buna dair riyazi hesablamalar aparır, cədvəllər tərtib edir, diaqramlar, qrafiklər qurur.
 
İnsan və onun sağlamlığı
Şagird:
• insanın fərdi və tarixi inkişafını əlaqələndirir;
• insanın psixi xüsusiyyətləri və onlarda baş verən dəyişikliklərin mexanizminə dair materiallar toplayır, təqdimatlar edir;
• ailənin formalaşmasında sağlam həyat tərzinin rolunu və əhəmiyyətini izah edir, məruzə və təqdimatlar hazırlayır;
• xəstəliklər, onlardan qorunma yolları haqqında materallar toplayır, təqdimatlar hazırlayır.
 
Canlılar və ətraf mühit
Şagird:
• təkamüldə ekoloji amillərin rolunu izah edir, məruzə və referatlar hazırlayır;
• regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır.
 

3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları 

 

X sinif

X sinfin sonunda şagird:

•   canlıları öyrənən elm sahələrinin (embriologiya, poleontologiya, genetika) xüsusiyyətlərinə, makrotəkamülə dair topladığı məlumatları təqdim edir;

• canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müasir avadanlıqlardan istifadə etməklə izah edir;

• bioloji proseslərin, onda baş verən dəyişikliklərin mexanizmini şərh edir;

• insanın tarixi inkişaf mərhələlərini, insanda baş verən psixi dəyişiklikləri izah edir;

• yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında materiallar toplayır, sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir;

• ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır;                  

• qlobal ekoloji problemler və onların həlli yollarını, ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Canlıların quruluşu və müxtəlifliyi:

Şagird:

1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 

1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya, poleontologiya, genetika) xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.

1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar hazırlayır.

1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.

1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.

 

2. Bioloji proseslər

Şagird:

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 

2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.

2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin mexanizmini şərh edir, təqdimatlar hazırlayır.

2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla əsaslandırır.

 

3. İnsan və onun sağlamlığı

Şagird:

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar hazirlayır.

3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır.

3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.

3.2.1. Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat, təqdimat hazırlayır.

3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının rolunu və əhəmiyyətini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.

 

4. Canlılar və ətraf mühit

Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar  nümayiş etdirir.

4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına təsirini əsaslandırır.

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.

4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir. 

4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir, referatlar hazırlayır.

 

 

XI sinif

 XI sinfin sonunda şagird:

• canlıları öyrənən elm sahələrinin (seleksiya, biotexnologiya, bionika, mikrobiologiya) xüsusiyyətlərini, nailiyyətlərini müasir avadanlıqlardan istifadə etməklə şərh edir;

• yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir;

• bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır;

• insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir;

• insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir;

• təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional və qlobal ekoloji problemləri əlaqələndirir. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

1. Canlıların quruluşu və müxtəlifliyi

Şagird:

1.1. Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 

1.1.1. Canlıları öyrənən elm sahələrini (seleksiya, biotexnologiya, mikrobiologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.

1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr aparır, nəticələri barədə təqdimatlar edir.

1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.

1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh edir.

 

2. Bioloji proseslər

Şagird:

2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 

2.1.1. Bioloji proseslərin mexanizminin müqaisəli şərhinə dair referat və  təqdimatlar hazırlayır.

2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini müqayisəli şəkildə şərh edir, məruzə təqdimatlar hazırlayır.

2.1.3. Bioloji prosesdə baş verən pataloji dəyişikliklərin fərqli mexanizmlərinin xüsusiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.

 

3. İnsan və onun sağlamlığı

Şagird:

3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.

3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və referatlar hazırlayır.

3.2. Sağlamlığın qorunmasına dair  bacarıqlar nümayiş etdirir.

3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.

3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.

 

4. Canlılar və ətraf mühit

Şagird:

4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar  nümayiş etdirir.

4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, məruzə və referatlar hazırlayır.

4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.

4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.

4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar hazırlayır.

Qaynaq:  www.kurikulum.az

Oxunma sayı: 6577

Şərh yazın

ZOOCOĞRAFİ XƏRİTƏMİZ
Biologiya müəllimlərinin I qurultayı
TQDK-dan Biologiya