Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

VI-IX siniflər üçün

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) (VI-IX siniflər)

1. Biologiya fənni üzrə ümumi təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird:
• canlılar aləmini təşkil edən varlıqları səciy¬yəvi xüsusiyyətlərinə görə müqayisə edir, bu barədə mülahizələrini şərh edir;
• bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim  edir;
• canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir və onları fərqləndirir;
• bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir;
• fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına çalışır;
• zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür.
2. Məzmun xətləri üzrə təlim nəticələri
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
• canlıların quruluşu, müxtəlifliyi, vahidliyi, əhəmiyyəti və təşkili səviyyələrini  şərh edir;
• canlıların kimyəvi tərkibi barədə təcrübi biliklər nümayiş etdirir.
Bioloji proseslər
Şagird:
• canlılara xas olan bioloji proses və xüsusiyyətləri, onlarda gedən funksional dəyişiklikləri izah edir;
• canlılarda baş verən həyati proseslərin fiziki və kimyəvi mahiyyətini təcrübələr və hesablamalar yolu ilə müəyyənləşdirir.
İnsan və onun sağlamlığı
Şagird:
• insanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir;
• sağlam həyat tərzini nümunələrlə şərh edir, təqdimatlar hazırlayır;
• xəstəliklər və zədələnmələr zamanı özünə və başqalarına ilk yardım göstərir.
Canlılar və ətraf mühit
Şagird:
• canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir, təqdimatlar hazırlayır;
• regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin qorunması ilə bağlı faktlar toplayır, təqdimatlar hazırlayır.
3. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
VI sinif 
VI sinfin sonunda şagird:
• canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, təsnifatını, rol və əhəmiyyətini izah edir;
• biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir;
• bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır;
• canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər canlılardan fərqləndirir;
• sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir, dərman bitkilərini fərqləndirir;
• canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir;
• bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1.Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir.
1.1.2. Canlıların quruluşunu təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım  olan əsas laboratoriya avadanlıqlarını fərqləndirir.
1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir.
2. Bioloji proseslər   
Şagird:
2.1.Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
2.1.1. Bioloji proseslərin xüsusiyyətlərini sadalayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma hallarını izah edir.
2.1.3. Bioloji proseslərə dair sadə təcrübələr və hesablamalar aparır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. Canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirir.
3.1.2. İnsanı sosioloji varlıq kimi digər canlılardan fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Bitki və heyvanların insan sağlamlığında rolunu izah edir.
3.2.2. Dərman bitkilərini fərqləndirir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar  nümayiş etdirir.
4.1.1. Canlıların ətraf mühitlə və bir-birilə əlaqəsini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Canlıların qorunması ilə bağlı topladığı məlumatları təqdim edir.
4.2.2. Bitki və heyvanlara qulluq qaydalarına əməl edir.
VII sinif
VII sinfin sonunda şagird:
• canlılar aləmini öyrənən elm sahələrini, onların müxtəlifliyini şərh edir, sistematik kateqoriyaları fərqləndirir;
• laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir;
• canlılarda gedən həyati prosesləri fərqləndirir, pozulma səbəblərini sadalayır, buna dair hesablamalar aparır;
• insanı digər məməlilərlə müqayisə edir, onun ali sinir fəaliyyətini izah edir;
• virus, bakteriya, göbələk və heyvanların törətdiyi xəstəlikləri təsvir edir, dərman bitkilərini qruplaşdırır;
• təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir;
• canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə olunan təbiət ərazilərini fərqləndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Sagird:
1.1.  Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından  istifadə qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər
Sagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1.Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2.Maddələr mübadiləsinin pozulma səbəblərini  sadalayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Sagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların əlamətlərini fərqləndirir.
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar  nümayiş etdirir.
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizərini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.
VIII sinif
VIII sinfin sonunda şagird:
• insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir;
• canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;
• canlıların nəsil ağacını tərtib edir;
• insan orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi hesablamalar aparır;
• canlılara xas psixoloji anlayışları fərqləndirir;
• sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr zamanı ilkin yardım göstərir;
• mühit amillərinin insan orqnizminə təsirini izah edir;
• ətraf aləm və onun təmizliyinin qorunmasına dair təqdimat hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1.  Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 
1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena, psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır.
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah edir.
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir.
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi hesablamalar aparır, nəticələrini ümumiləşdirir.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir.
3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir.
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar  nümayiş etdirir.
4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2. Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.
IX sınif
IX sinfın sonunda şagird:
• canlıları öyrənən elm sahələrinin (sitologiya, histologiya, biokimya) xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir laboratoriya avadanlıqlarından istifadə qaydalarını izah edir;
• bioloji prosesləri, orada baş verən dəyişiklikləri izah edir, riyazi üsullarla əsaslandırır;
• insanın formalaşmasında sosial amillərin rolunu və ali sinir fəaliyyətinin mexanizmini şərh edir;
• irsi xəstəlikləri, onların qarşısının alınması yollarını, sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini izah edir;
• regional ekoloji problemləri, ekoloji amillərin canlıların həyatında rolunu izah edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi  haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 
1.1.1. Canlıları öyrənən  elm sahələri (sitologiya, histologiya, biokimya) barədə məlumat toplayır və təqimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir avadanlıqlardan istifadə qaydalarını izah  edir.
1.1.4. Mikrotəkamülü  izah edir və ona dair təqdimatlar hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mahiyyət və məzmunu ilə bağlı təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini faktlarla izah edir və təqdimat¬lar hazırlayır.
2.1.3. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişiklikləri riyazi üsullarla əsaslandırır.
1. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın formalaşmasında sosial amillərin rolu və əhəmiyyətinə dair təqdimatlar hazırlayır.
3.1.2. İnsanın ali sinir fəaliyyətinin mexanizmini şərh edir və təqdimatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İrsi xəstəliklər, onların qarşısının alınması yollarını faktlarla izah edir.
3.2.2. Sağlam həyat tərzi və reproduktiv sağlamlığın əhəmiyyətini şərh edir, referatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
4.1.1. Ekoloji amillərin canlıların həyatında rolunu şərh edir, təqdimatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Regional ekoloji problemlərlə bağlı müşahidələrini ümumiləşdirib, təqdimatlar hazırlayır.
4.2.2. Azərbaycanda canlılar aləminin növ müxtəlifliyinin  qorunması ilə bağlı faktları toplayıb təqdimatlar hazırlayır.

 

Qaynaq: kurikulum.az

Oxunma sayı: 28265

10s şərh var: “VI-IX siniflər üçün”

Şərh yazın