Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

KURİKULUM

Milli Kurikulum

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası – Milli Kurikulumu (bundan sonra Milli Kurikulum) konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir.

Milli Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına və problemlərin həllinə yönəlmişdir.

Milli Kurikulum bilavasitə aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:

  • ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi;
    • fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;
    • təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;
    • nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;
    • təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması;
    • şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.

Milli Kurikulum aşağıdakı ümumi prinsiplərə istinad olunmaqla hazırlanmışdır:

  • • milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
    • ümumi inkişafı, meyil və maraqları nəzərə alınmaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
    • tələbyönümlülük;
    • nəticəyönümlülük;
    • şagirdyönümlülük.;
    • inteqrativlik.

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) (VI-IX siniflər)

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) (X-XI siniflər)

 

 

 

Qaynaq: www.kurikulum.az

Oxunma sayı: 0

2s şərh var: “KURİKULUM”

  • Biologiya çox gözəl bir şəkildə bizi öyrədir mənim biologiya müəllim əmin adı Mətanət dir o, bizə biologiyanı çox gözəl öyrədir mən.6 cı sinifdə oxuyuram mən əlaçıyam

  • salam biologiya 6 sinif kitabinda sehife 31 de oyrendiklerinizi yoxlayinda sekildeki 1 reqemi ve 3 reqemi eyni sekili gosterir olari izah etsez sevinerem evvelceden tewekkur

Şərh yazın