Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

Adi armud

adi armud

adi armud

Dünyada armudun 11 növü mövcuddur. Onlardan adi armud növü daha çox yayılmışdır. Adi armud hündürlüyü 3 metrə çatan ağac bitkisidir. Dəyirmi və ya armudvari formalı, yaşıl, sarı və qırmızımtıl rəngli meyvələri vardır. May-iyun aylarında çiçəkləyir, iyul- oktyabr aylarında meyvəsi yetişir. Qida məhsulu və müalicə məqsədləri üçün armudun yetişmiş meyvələrindən istifadə olunur. Meyvələrinin təkibində 10%əqədər şəkərlər, 0,3%-ə qədər alma, limon, quzuqulağı və digər üzvi turşular, E, PP, C və B qrup vitaminləri, karotin, pektin maddələri, 2,6%-əqədər sellüloza, mineral elementlər və s. aşkar edilmişdir.
Armudun meyvəsi antiseptik, sidikqovucu, büzücü, iltihab əleyhinə, orqanizmə möhkəmləndirici təsir göstərmək və orqanizmdən xolesterini xaric etmək qabiliyyətinə malikdir.

adi armud

adi armud

Armudun təzə meyvəsi , şirəsi və bişirməsi aterosklerozda, xroniki pielonefritdə, sistitdə, öddaşı xəstəliyində, xroniki qastritdə, kolitdə, enteritdə, hipo və avitaminozlarda, öskürəkdə, qızdırmada, ishalda, keçirilmiş ağır xəstəliklərdən sonrakı sağalma dövründə faydalıdır.

Bu meyvə orqanizmdən zəhərli maddələri neytrallaşdırır, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

Armudun şirəsini almaq məqsədilə meyvələri yuyub təmizlənir, 2 və ya 4 hissəyə bölünür, toxumlardan və zədələnmiş hissələrdən təmizlənir, şirəçəkən maşından keçirilir. Alınan şirəni 4 qat tənzifdən süzür, emallı qaba yerləşdirib qaynayana qədər qızdırır, qaynar halda steril bankalara doldurub, hermetik bağlayırlar. Alınan şirə şox şirim olduqda ona 20% turş almanın şirəsini qatırlar.

Armudun şirəsi gündə 3 dəfə, hərdəfə1/2 stəkan qəbul edilir.

immunitet.az

Mənbə: http://immunitet.az/2016/04/17/adi-armud/

Oxunma sayı: 0

Şərh yazın