Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

Qarğıdalıda xərçəng yaradan göbələk tapıldı

qarğıdalı

qarğıdalı

Göbələkli qarğıdalıda “Aflataksin-b1” maddəsi 10 dəfə çoxdur. Avropada at ətiylə bağlı söz-söhbətlər gündəmdən düşməmiş, ortaya yeni ərzaq qalmaqalı çıxıb.Almaniyada iribuynuzlu heyvanların yemlənməsi üçün nəzərdə tutulan qarğıdalıda normadan 10 dəfə çox xərçəngə səbəb olan göbələk aşkarlanıb.  Söhbət nə az, nə çox, düz 45 min ton yemdən gedir. İlkin məlumatlara əsasən, məhsul Almaniyaya Serbiyada idxal olunub. Yerli hökumət isə əmin edir ki, məhsullara nəzarət güclü olduğundan narahat olmağa lüzum yoxdur.

Şimali Reyn-Vestfaliyanın kənd təsərrüfat naziri Yohan Remmel: “Aflotoksin-b1 xərçəng xəstəliyi yarada biləcək toksik və kanserogen maddədir. İstənilən halda qida məhsullarında bu maddənin olması yolverilməzdir. Bizdə südə ən sərt şəkildə nəzarət həyata keçirilir”.

Yemlərdə Aflataksin-b1 maddəsinin maksimal normal miqdarı bir kiloqrama 0.02 mikroqram düşdüyü halda, göbələkli qarğıdalıda bu göstərici 10 dəfə çoxdur. Hökumət qurumları qarğıdalının hansı yolla Almaniyaya gətirildiyini araşdıraraq, süd məhsullarını yoxlamağa davam edir.

Qaynaq: http://anspress.com/index.php?a=2&lng=az&nid=191269

Oxunma sayı: 1442

2s şərh var: “Qarğıdalıda xərçəng yaradan göbələk tapıldı”

Şərh yazın

ZOOCOĞRAFİ XƏRİTƏMİZ
Biologiya müəllimlərinin I qurultayı
TQDK-dan Biologiya