Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

Albinoslar haqqında nə bilirik?

Albinos

Albinos

Cəmiyyətimizdə gec-gec rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biri də albinizmdir. Belə insanlar ağ rəngdə olaraq, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Bu sözün latın dilində mənası “ağ” deməkdir. Albinosların sümüklərinin tərkibində fosforun miqdarının həddən çox olması onları adi insanlardan fərqləndirən başlıca cəhətlərdən biridir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Albinizm doğulandan dəridə dəri rəngini yaradan piqmentin olmamasıdır. Mütəxəssislər Albinizmi xəstəlik hesb etmirlər. Albinizmin səbəbi dəridə milanim yaradan milasitlərin demək olar ki, olmamasıdır.

Alimlərin araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyayabu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.

Albinizmə nəyinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə 10.000 heyvandan biri albinosdur. Bəzi ölkələrdə albinoslar aşkar ayrıseçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadügərliyə kömək edir.

Qaynaq: http://anspress.com/index.php?a=2&lng=az&nid=170530

Oxunma sayı: 2515

4s şərh var: “Albinoslar haqqında nə bilirik?”

Şərh yazın

ZOOCOĞRAFİ XƏRİTƏMİZ
Biologiya müəllimlərinin I qurultayı
TQDK-dan Biologiya