Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Flickr button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player
Flag Counter

Ekologiya

Havanın təmizlənməsi üçün 7 ən yaxşı bitki:

Bilirsinizmi?

Bilirsinizmi?

Təbiətdə çox bitkilər var ki, biz onların heç əhəmiyyətini belə bilmədən yanından keçərkən ya qırır, ya da tapdalayıb üstündən keçirik. Ancaq alimlər tədqiqatları zamanı araşdırıblarmış ki, bizi əhatə edən yaşıl canlılar arasında daha çox yaşayışımıza səbəb ola bilən gərəkli bitkilərimiz var. Bunlarla sizi də tanış etmək istərdik:  Ardı »

Oxunma sayı: 1707

Beynəlxalq Kimsəsiz Heyvanlar Günü

kimsəsizlər

kimsəsizlər

16 avqust bütün dünyada Beynəlxalq kimsəsiz heyvanlar günü kimi qeyd olunur. 1992-ci ildə ABŞ-ın Heyvanların Hüquqlarının Müdafiəsi Beynəlxalq Cəmiyyəti hər il avqustun üçüncü həftəsində kimsəsiz heyvanlar gününü qeyd etməyi təklif edib. Həmin gün bir çox ölkələrdə olan heyvan müdafiəçiləri bu günlə bağlı müxtəlif tədbirlər keçirirlər.

Mənbə: http://ideacampaign.org/az/beyn%C9%99lxalq_kims%C9%99siz

_heyvanlar_g%C3%BCn%C3%BC.html

Oxunma sayı: 790

Qida allergiyası

Qida

Qida

Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır. İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər. Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir. Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur — dəridə səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s. Ardı »

Oxunma sayı: 768

“Ekoloji mövzuya bütün fənlərin tədrisində yer ayrılmalıdır”

Almaz Həsrət

Almaz Həsrət

Almaz Həsrət: “Əgər müəllim təbiəti sevirsə, şagirdlərinə də onu aşılayacaq, əks halda heç bir yeniliyin faydası yoxdur”.
Müsahibimiz Təhsil Problemləri İnstitutunun (TPİ) şöbə müdiri , Azərbaycan Respublikasının əməkdar müəllimi Almaz Həsrətdir. Onunla ekoloji maarifləndirmə, təhsil ocaqlarımızda ətraf mühitə sevgi hisslərinin aşılanması və digər mövzular ətrafında həmsöhbət olduq.

– Orta və ali məktəblərimizdə təbiətə sevgi, ətraf mühitə həssas yanaşma kimi hisslər necə aşılanır və ümumiyyətlə aşılanırmı? Ardı »

Oxunma sayı: 893

Bakıda ilk dəfə xüsusi dizayna malik Yapon bağı salınacaq

İlk bağ

İlk bağ

Yaponiyanın bağ salmaqda ixtisaslaşmış “KOSUQİ” şirkətinin əməkdaşları ilə Xətai rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə bildirilib ki,Bakıda ilk dəfə xüsusi dizayna malik Yapon bağı salınacaq. Yaponiyalı mütəxəsislərlə həmin bağı 300 kvadratmetr ərazidə yaradacaq. Bu məqsədlə Xətai rayonu ərazisindəki Heydər Parkında xüsusi yer də ayrılıb. 4 ay davam edəcək tikinti quraşdırma işlərinə gələn aydan başlanılması və mayda yekunlaşması qərarlaşdırılıb.  Ardı »

Oxunma sayı: 1125

Beynimizi “yeyən” yeməklər

ziyanlı yemək

ziyanlı yemək

Orqanizmi qorumaq istiqamətində aparılan araşdırmalara görə, bəzi yeməklər beyin sağlamlığına müsbət təsir göstərdiyi halda, bəziləri də mənfi istiqamətə yönəldir. Xüsusilə də fast food yeməklərin beyinə çox böyük zərərləri var. Zehin Sağlamlığı Fondunun araşdırmasına əsasən, faydalı yağların, vitamin və mineralların əskik alınması ilə fast food tərzi bəslənmə depressiyaya və şizofreniyaya səbəb olur. Araşdırma son zamanlarda xalqın bəslənmə tərzindəki dəyişikliklərin zehin sağlamlığı üzərində mənfi nəticələrə gətirib çıxardığını göstərib. Ardı »

Oxunma sayı: 1368

İkinci, dağılmış Yer tapıldı

dağılmış planet

dağılmış planet

Astronomlar Yerin əkizini tapıblar. Planetimizdən 150 işıq ili məsafəsində olan səma cismi darmadağın olsa da, onun səthində qayalıqlar və su izləri var. Bu isə həmin planetin bir zamanlar yaşam üçün tam əlverişli olmasına dəlalət edən məqamlar sayıla bilər. Milli.Az Space-ə istinadən bildirir ki, tapılmış planet Kainatda Yerin əkizi və ya analoqu olması ilə bağlı bəşər tarixində ilk yetkin sübut sayıla bilər. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ilə Avropa Kosmik Agentliyinin (ESA) alimlərinin dediklərinə görə, asteroidlə toqquşma nəticəsində dağılmış, amma tam məhv olmamış planetdə indi də həyatın mövcudluğu istisna edilmir. Ardı »

Oxunma sayı: 1776

Meduzaların kütləvi məhvi üçün robot yaradılıb

meduzalar

meduzalar

Koreya alimləri meduzaların kütləvi məhvi üçün robot yaradıblar. Koreyanın aparıcı Elmi-Texniki İnstitutunun alimləri (KAIST) sahilyanı ərazilərdə meduzaların populyasiyasına nəzarət üçün nəzərdə tutulan robotun sınaqdan keçirilməsini başa çatdırıblar. Bu barədə institutun saytında yerləşdirilən məlumatda deyilir. “Sahilyanı ərazilərdə meduzaların axını nəticəsində artmaqda olan hadisələrin sayı və balıqçılıq təsərrüfatının 300 milyard von dəyərində qiymətləndirilən maliyyə itkiləri uzun illər ərzində böyük problem olub.  Ardı »

Oxunma sayı: 1023