Qəhvə ömrü uzadır

kofe
Bunun üçün gündə 6 fincan qəhvə içmək lazımdır. Gün ərzində 6 fincan qəhvə içən insanlarlın ömrü uzanır. Tədqiqatçılar 400 min nəfəri gündə neçə fincan qəhvə içdiklərinə görə qruplara bölüblər. Nəticədə müəyyən edilib ki, gündə 5 fincandan artıq qəhvə içən kişilər arasında ölüm riski 12%, 2-3 fincan ətirli içki içənlərdə 10% aşağı düşür. Amma bu hər gün bir fincan qəhvə içən insanların həyatına heç bir təsir etmir. Onlar həm də qeyd edirlər ki, gün ərzində 3-5 fincan qəhvə içən insanlar arasında vaxtsız ölüm riski 5 %, altı fincandan artıq içənlərdə isə 16%-dən çox azaldır. Ardı »
Oxunma sayı: 44Yemişin xeyri və zərəri

Yemiş
Məhsulu yeyərkən diqqətli olmaq lazımdır. Yemiş tərkibində şəkər, bir sıra vitaminlər, karotin, mineral maddələr olan bostan bitkisidir. Onların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə, kütləsinə, qabığının rənginə, bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dadına, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti yemiş yeyərkən diqqətli olmağı məsləhət bilir. Ardı »
Oxunma sayı: 54Quşların qeyri-adi müdafiə sistemi

quşların möcüzəsi
Sığırçın sürüsü onları ovlamaq istəyən şahinin hücumundan müdafiə olunmaq üçün nəhəng bir şahin şəklini alıblar. İngiltərənin Somerset əyalətində sığırçın sürüsü onları ovlamaq istəyən şahinin hücumundan müdafiə olunmaq üçün qəribə bir yol seçiblər. “İhlas” agentliyinin (İHA) yaydığı məlumata görə, quşlar sürü halında nəhəng bir şahin şəklini alıblar. Bu qeyri-adi təbiət hadisəsini şəkil çəkmək üçün sığırçınlarıyla məşhur bölgədə olan həvəskar fotoqraf Rob Volstenholme təsadüfən çəkməyə müvəffəq olub. Ardı »
Oxunma sayı: 3719-24 aprel – Parklara yürüş günü

Park
“Parklara yürüş”- ətraf mühitin problemlərinə ictimai diqqəti cəlb etmək, nadir təbiət landşaftlarını, komplekslərini və obyektlərini qorumaq məqsədi daşıyan beynəlxalq bayramdır. İlk dəfə “Parklara yürüş” 1990-cı ildə Amerika Birləşmiş Ştatlarında ABŞ-ın Milli Parklar və Təbiəti Mühafizə Assosiasiyasının təşəbbüsü ilə keçirilmişdir. İndi isə bu bayram ABŞ-da kütləvi tədbir şəklində keçirilir və hər il 1 milyondan artıq insan bu tədbirdə iştirak edir. 1995-ci ildə “Parklara yürüş” ilk dəfə olaraq keçmiş SSRİ ərazisində keçirilmişdir. Ardı »
Oxunma sayı: 435Novruzgülü (qargülü) günü

- Novruzgülü
19 aprel İngiltərədə novruzgülü günü qeyd olunur. Bayram 18 aprel 1984-cü ildən etibarən qeyd olunur. İngilislər bu bayramı çox sevirlər, şəhərdə bu gülün xeyli ləki əkilib, Hollandiyada isə bu gül giasint (botanikada sünbülçiçəyi (zanbaq fəsiləsindən ətirli bitki) və zanbaq kimi məşhurdur. Hal-hazırda bu bayram Yekaterinburqda da qeyd olunur. Baxmayaraq ki, hələ Uralda soyuqlardan novruzgülü bitməyib.
Qaynaq: azecology.az
Oxunma sayı: 422Beynəlxalq quşlar günü
1 aprel dünyada təkcə gülüş günü kimi deyil, həm də Beynəlxalq quşlar günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar. Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var.
Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb. Ardı »
Kələm yeyən qocalmaz

Kələm
Kələm nəyə görə xeyirlidir. Belə bir məsəl var: ”Əgər tez-tez kələm yesəniz, heç vaxt qocalmarsiz”. Məsəl boş yerdən yaranmamışdır. Adi baş kələm əsil vitaminlər, mikroelementlər xəzinəsidir və onu müalicə vasitəsi kimi tam şəkildə istifadə etmək olar. Onda istənilən qədər faydalı maddələr—şəkər, zülallar,yağlar, selluloza, fermentlər, bir çox mikroelementlər kompleksi(məsələn ürək əzələsinin qidalanmasında böyük rolu olan çoxlu kali), üzvü turşular və fitonsidlər,mineral duzlar, baktrrosid təsirli lizosim, həmçinin qeyri adi miqdarda çoxlu vitamilər—vitamin C(limon və apelsinin tərkibindəkindən çox), P, B1, B2, B3,K, B…, yara xəstəliyinə qarşı vitamin U vardır. Ardı »
Oxunma sayı: 982Şəfalı bitkilər – Aloe

Aloe
Bitkilər haqqında məlumatlar hər zaman insanları maraqlandırır. Xüsusilə də şəfalı bitkilər haqqında. Bu dəfə Aloe bitkisi haqqında. Bu bitki Əzvay adı ilə də tanınır. Bu bitkinin ağacşəkilli əzvay, tikanlı əzvay, sukotrin əzvayı, alabəzək əzvay, əsl əzvay və digər növləri daha geniş yayılıb. Əzvay toxum və qələm vasitəsilə çoxalır. Onun qırmızı və sarı rəngdə gözəl çiçəkləri olur. Azərbaycanda qədimlərdən ta indiyədək əzvayın şirəsi dərman və ətriyyat kimi gеniş istifadə еdilir. Əzvayla maska qurumuş və bozarmış saçlar üçün məsləhət görülür. Ardı »
Oxunma sayı: 956Qan testilə insanın qocalığı müəyyənləşdiriləcək

Qan
Yeni qan testilə insanın hansı sürətlə qocaldığı müəyyənləşdiriləcək. Yeni qan testi sahəsində insanın nə vaxt öləcəyi barədə məlumatlandırılması mümkündür. Bu barədə məlumatı “İndependent” qəzeti yayıb. Məlumatda bildirilir ki, 500 avroya başa gələn test sahəsində insanın hansı sürətlə qocaldığını və nə zaman öləcəyinə dair həqiqətə yaxın məlumat əldə etmək mümkün olacaq. Qan testinin bu ilin sonunda İngiltərədə satışa çıxarılması planlaşdırılır. Mübahisəli test insanın xromosomlarındakı “telomer” adlandırılan maddələrin uzunluğunu ölçür. Elm adamlarına görə, telomeri qısa olan insanların ömrü uzun olmur.
Ardı »
Şəfalı bitkilər – Kəklikotu

Kəklikotu çiçəyi
Bitkilər haqqında məlumatlar hər zaman insanları maraqlandırır. Xüsusilə də şəfalı bitkilər haqqında. Modern.az öz oxucularına şəfalı bitkilər, onların faydası, müalicəvi xüsusiyyəti barədə məlumatlar çatdırmaqda davam edir. Növbəti təqdimatımız kəklikotu barədədir. Kəklikotu dodaqçiçəklilər fəsiləsindən olan bitki cinsidir. Hündürlüyü 20-35 santimetrə çatır və 400-ə yaxın növü var. Kəklikotu Qərbi və Şərqi Avropada daha çox bitir. Buna baxmayaraq bu bitki vətənimizin dağlıq və dağətəyi rayonlarında da kifayət qədər yetişir. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Ardı »
Oxunma sayı: 1702













